воскресенье, 10 июня 2012 г.

Hərflərin Sifətləri


صفات الحروف
Hərflərin Sifətləri
Hərflərin sifətləri  onları bir-birindən fərqləndirən səciyyəvi cəhətlərdir. Sifətlər qarşılıqlı və qarşılıqsız olur. Onlarda beziləri aşağıdakılardır:
Qarşılıqsız:
1. Safir- ص س ز bu hərflər eyni məxrəcdən çıxır. Dilin ucu alt on dişlərin arxasına toxunur. Safir hərflərini tələffüz edən zaman arı viziltısına, fit səsinə  bənzər səs çıxır. Bu hərflər hərəkəli olan zaman da sukunlu olan zaman da safirdir. Lakin sukunlu halda bu sifət daha güclü olur.
2. Takrir- رtəkrarlanan.Hərf oz məxrəcində dili titrətməklə təkrarlanan şəkildə tələffüz olunur. Şəddəli halda daha çox təkrarlanır.
3. Lin- ى و yumuşaq və asan tələffuz. Bu sifete iki hərfdə rast gəlinir. Hər iki hərf sukunlu və özlərindən əvvəlki hərf də fəthəli olmalıdır.

4. Təfəşşii-  bu sifət yalnız  ش  hərfinə məxsusdur. Hərfin tələffüzü zamanı səs əks-səda ilə ətrafa yayılır. İstər mütəhərrik olsun istər sukunlu (ancaq sukunlu daha da güclənir) hərf təfəşşi sifətinə sahibdir.
5. Qalqalə- hərfin vurğulanaraq şiddətli tələffüz olunması.
Qalqalə hərfləri 5-dir: ق ط ب ج د                      
Bu hərflər yalnız sukunlu halda qalqalə olunur. Ancaq bildiyimiz kimi sukun iki cürdür:
*sukun asli -hərf sukun işarəsi daşıyır
*sukun arid-hərf hərkəlidir, üzərində dayanmaqla sukunlaşır (ayələrin sonunda və ya vəqf işarələrində)
Qalqalə 3 qismə bölünür:
1-Qalqalə əkbər-qalqalə hərflərindən biri şəddəli və mütəharrik (hərəkəli) olduğu halda üzərində vəqf edilərsə.(sukun arid)
2-Q alqalə kubra- qalqalə hərflərindən biri mütəhərrik olduğu halda üzərində vəqf edilərsə (sukun arid)
3-Qalqalə suğra-qalqalə hərflərindən biri sukun asli olarsa 

Qarşılıqlı:
1. Həms və Cəhr
Həms tələffüz zamanı hava xaric olunan hərflərdir. Onlarin sayi 10-dur:
ة\ه ك ف ص ش س ح خ ت ث 
Сəhr hərflərində isə hava axını hərfin məxrəcində dayanır. Cəhr hərfləri aşağıdakılardır:
ي و ن م ل ق غ ع ط ظ ض ز ر د ج ب ء  
2. Tafxim və Tərqiq
Təfxim hərflərini tələffüz edən zaman dil gərgin hal alır, yuxarı damağa doğru qalxır. Bu hal 7 hərfdə müşahidə olunur:
خ ص ض ط ظ غ ق
Tərqiq təfximin əksidir. tərqiq hərfləri incədir və bu hərflərin tələffüzü zamanı dil rahat vəziyyət alır.
Qalan butun herfler muraqqaqdir. 
Lakin ل  ve ر hərfləri yerindən asılı olaraq həm mufexxam həm də muraqqaq ola bilir.

_________________
Hazırladı: Umm Amina

1 комментарий: