вторник, 23 октября 2012 г.

четверг, 13 сентября 2012 г.

четверг, 28 июня 2012 г.

Qurani Kərim haqda ümumi məlumat


Qurani Kərimin nazil olması:  ilk dəfə Rəsulullaha (salləllahu əleyhi və səlləm) Ramazan ayında Qədr gecəsində nazil olmuşdur.
Dəlil:Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsində nazil etdik!” (əl-Qədr, 1)

Qurani Kərimi oxumağın fəziləti:
Qurandan dəlil:Həqiqətən bu Quran ən doğru yola yönəldir, yaxşı işlər görən möminlərə böyük bir mükafata nail olacaqları ilə müjdə verir!” (əl-İsra, 9)
Sünnədən dəlil:Sizin ən xeyirliniz Quranı öyrənən və onu öyrədəndir.” (Buxari)

Qurani Kərimin tərtibi:
Peyğəmbərin (salləllahu əleyhi və səlləm) zamanında: Qurani Kərim bir mushaf halında toplanmamışdır. Peyğəmbərin (salləllahu əleyhi və səlləm) zamanında Qurani Kərimin yazılmaqdan daha çox əzbərlənməyə üstünlük verilirdi. Kim bir ayə eşitsəydi onu əzbərləyər, yaxud da tapa bildiyi xurma yarpaqları, dəri parçaları, düz daşlar və kürək sümükləri üzərində yazardı.
Əbu Bəkrin (radıyəllahu ənhu) zamanında: Qurani Kərimin kitab halında yazılması məsələsi Əbu Bəkr (radıyəllahu ənhu) zamanında, hicrətin 12-ci ilində gerçəkləşmişdir. Səbəbi isə, əl-Yəmamə döyüşündə aralarında Peyğəmbərin (salləllahu əleyhi və səlləm) Qurani Kərimin onlardan öyrənilməsini əmr etdiyi Əbu Huzeyfənin azad köləsi Salimin (radıyəllahu ənhum) olduğu çox sayda qurranın (Quranı əzbər bilənlərin) şəhid edilməsidir.
Osman ibn Affanın (radıyəllahu ənhu) zamanında: Qurani Kərimin çoxaldılması möminlərin əmiri Osman ibn Affanın (radıyəllahu ənhu) dönəmində hicrətin 25-ci ilində baş vermişdir. Bunun səbəblərindən biri, səhabələrin (radıyəllahu ənhum) əllərində olan səhifələrin müxtəlifliyinə görə insanların fərqli oxumaqları olmuşdur. İnsanlar ixtilafa, Allahın Kitabı barədə anlaşılmazlığa və ayrılığa düşməsinlər deyə Osman (radıyəllahu ənhu) bu səhifələrin bir mushaf halında toplanmasını əmr etdi.

Quranı Kərimin yalnız ərəb dilində oxunması:
Biz onu ərəbcə bir Quran olaraq nazil etdik ki, (mənasını) anlayasınız.” (Yusuf, 2)
Biz onu anlaya biləsiniz deyə, ərəbcə Quran etdik.” (əz-Zuxruf, 3)
Biz (onlara) nöqsansız-qüsursuz ərəbcə bir Quran nazil etdik ki, Allahdan qorxub pis əməllərdən çəkinsinlər.” (əz-Zumər, 28)

Qurani Kərimi dinləmə ədəbi:
Möminlər yalnız o kəslərdir ki, Allah adı çəkiləndə ürəkləri qorxudan titrəyər, Allahın ayələri oxunduğu zaman həmin ayələr onların imanlarını daha da artırar, onlar ancaq öz Rəbbinə təvəkkül edər.” (əl-Ənfal, 2)
Quran oxunan zaman onu dinləyin və susun ki, (onun sayəsində) sizə rəhm olunsun!” (əl-Ə’ raf, 204)


_________
E. Məmmədli, F.Rəfibəyli "Quran-i Kərim Təcvidi" kitabından toplanmışdır

воскресенье, 10 июня 2012 г.

Hərflərin Sifətləri


صفات الحروف
Hərflərin Sifətləri
Hərflərin sifətləri  onları bir-birindən fərqləndirən səciyyəvi cəhətlərdir. Sifətlər qarşılıqlı və qarşılıqsız olur. Onlarda beziləri aşağıdakılardır:
Qarşılıqsız:
1. Safir- ص س ز bu hərflər eyni məxrəcdən çıxır. Dilin ucu alt on dişlərin arxasına toxunur. Safir hərflərini tələffüz edən zaman arı viziltısına, fit səsinə  bənzər səs çıxır. Bu hərflər hərəkəli olan zaman da sukunlu olan zaman da safirdir. Lakin sukunlu halda bu sifət daha güclü olur.
2. Takrir- رtəkrarlanan.Hərf oz məxrəcində dili titrətməklə təkrarlanan şəkildə tələffüz olunur. Şəddəli halda daha çox təkrarlanır.
3. Lin- ى و yumuşaq və asan tələffuz. Bu sifete iki hərfdə rast gəlinir. Hər iki hərf sukunlu və özlərindən əvvəlki hərf də fəthəli olmalıdır.

4. Təfəşşii-  bu sifət yalnız  ش  hərfinə məxsusdur. Hərfin tələffüzü zamanı səs əks-səda ilə ətrafa yayılır. İstər mütəhərrik olsun istər sukunlu (ancaq sukunlu daha da güclənir) hərf təfəşşi sifətinə sahibdir.
5. Qalqalə- hərfin vurğulanaraq şiddətli tələffüz olunması.
Qalqalə hərfləri 5-dir: ق ط ب ج د                      
Bu hərflər yalnız sukunlu halda qalqalə olunur. Ancaq bildiyimiz kimi sukun iki cürdür:
*sukun asli -hərf sukun işarəsi daşıyır
*sukun arid-hərf hərkəlidir, üzərində dayanmaqla sukunlaşır (ayələrin sonunda və ya vəqf işarələrində)
Qalqalə 3 qismə bölünür:
1-Qalqalə əkbər-qalqalə hərflərindən biri şəddəli və mütəharrik (hərəkəli) olduğu halda üzərində vəqf edilərsə.(sukun arid)
2-Q alqalə kubra- qalqalə hərflərindən biri mütəhərrik olduğu halda üzərində vəqf edilərsə (sukun arid)
3-Qalqalə suğra-qalqalə hərflərindən biri sukun asli olarsa 

Qarşılıqlı:
1. Həms və Cəhr
Həms tələffüz zamanı hava xaric olunan hərflərdir. Onlarin sayi 10-dur:
ة\ه ك ف ص ش س ح خ ت ث 
Сəhr hərflərində isə hava axını hərfin məxrəcində dayanır. Cəhr hərfləri aşağıdakılardır:
ي و ن م ل ق غ ع ط ظ ض ز ر د ج ب ء  
2. Tafxim və Tərqiq
Təfxim hərflərini tələffüz edən zaman dil gərgin hal alır, yuxarı damağa doğru qalxır. Bu hal 7 hərfdə müşahidə olunur:
خ ص ض ط ظ غ ق
Tərqiq təfximin əksidir. tərqiq hərfləri incədir və bu hərflərin tələffüzü zamanı dil rahat vəziyyət alır.
Qalan butun herfler muraqqaqdir. 
Lakin ل  ve ر hərfləri yerindən asılı olaraq həm mufexxam həm də muraqqaq ola bilir.

_________________
Hazırladı: Umm Amina

Hərflərin məxrəcləri


مخارج الحروف
Herflerin Mexrecleri
Mexrecler herflerin cixis noqteleridir. Imam Cezeriye gore onlarin sayi 17-dir.Mexrecler iki qisme bolunur: umumi ve xususi. Umumi mexrecler 5-dir. 
  • El-Couf
  • El-Halq
  • El-Lisaan
  • Es-Shefeteyn
  • El-Xayshuum
El-Couf- nefes borusundaki bosluqdur. Hava buradan hec bir maneeye rast gelmeden serbest hereket edir. Coufdan med herfleri xaric olunur.
1-elif sakinah (ozunden evvelki herf fetheli)
2-vav sakinah (ozunden evvelki herf dammali)
3-ye sakinah (ozunden evvelki herf kesreli)
El-Halq- Bogaz, Ulqum. 3 xususi mexreci var.
1-- Edne el-halq. Buradan غ ve خ ( gayn ve xa) herfleri xaric olunur.
2-Vasat el-halq. Buradan ع ve ح (ayn ve ha) herfleri xaric olunur.
3- Eqsa el-halq. Buradan ا  ve ه (elif ve he) herfleri xaric olunur.
El-Lisaan- Dil. 10 xususi mexreci var:
1-ق- eqsa el-lisaan, yeni dilin kokunun ve ya en uzaq menteqesinin yuxari damagin yumusaq hissesine (dilceye) toxunmasi sayesinde xaric olunur.
2-ك- eqsa el-lisaan. Qaf herfinden asagida, dilin kokunun yuxari damagin sert hissesine toxunmasi sayesinde xaric olunur.
3- ج ش ي vasat el-lisaan. Dilin ortasi yuxari damaga teref qalxir. Lakin ش toxundugu halda diger iki herf damaga toxunmur. Bu herfler “huruf es-sheceriyye” adlanir.
4- ض  hafat al-lisaan. Dilin sol, sag ve ya her iki kenarinin yuxari azi dislere toxunmasi sayesinde xaric olunur. Dad herfini dilin sol kenari ile teleffuz etmek daha asandir.
5- ل  Hafat el-lisan. Dilin uc  ve agiza yaxin sag ve sol kenari olmaqla genis bir hissesinin ust damaga toxunmasi sayesinde teleffuz olnur. Bu zaman hava axini sag ve sol yanlardan xaric olunur. 
6- ن  taraf el-lisaan. Dilin ucunun yuxari on dislere bitisik damaga toxunmasi sayesinde ixrac olunur. Hava axini burun boslugundan cixir.
7- ر  taraf el-lisaan. Dilin ucunun yuxari on dislere bitisik damagda titremesi sayesinde teleffuz olunur.
8- ط د ت taraf el-lisaan. Dilin ucunun ust hissesinin yuxari on dislerin kokune toxunmasi neticesinde teleffuz olunur.
9- ظ ث ذ taraf el-lisaan Dilin ucunun alt ve ust on dislerin arasinda qalmasi ile teleffuz olunur.
10- ص ز س taraf el-lisaan. Dilin ucunun alt on dislere toxunmasi neticesinde teleffuz olunur.
Es-Shefeteyn- dodaqlar. 2 xususi mexreci var.
1-ف Ust on dislerin alt dodagin ic hissesine toxunmasi sayesinde teleffuz olunur.
2- ب م Ust ve alt dodaqlarin bir-birine toxunmasi sayesinde teleffuz olunur. Be herfinin toxunma muddeti mim-den azdir.
 و Dodaqlarin arasindan mesafe saxlanaraq teleffuz olunur.
El-Xayshuum- burun boslugu. Buradan “gunne” teleffuz olunur. Gunne herfleri م ve ن-dur.


_________________
Hazırladı: Umm Amina

воскресенье, 20 мая 2012 г.

Şəkillə məxrəclər

بـسم الله الرحمن الرحيم

السلام عليكم و رحمة الله و بـركاته


Şəkillərlə hərflərin məxrəcləri:
http://www.4shared.com/office/nGUCOeM0/Makharej-alhuruf-al3arabiyah.html?

Təcvid kitabçası

بـسم الله الرحمن الرحيم

السلام عليكم و رحمة الله و بـركاته



Azərbaycanca təcvid kitabçası:


Sukunlu ləm əhkamları


Sukunlu ləmin əhkamları

Sukunlu ləmin qurani-kərimdə 5 növü var:
1.     Ləm ət-tə`rif - Müəyyənliyi bildirən əlif-ləm ال  -
2.     Əmr ləmi
3.     Felin ləmi
4.     İsmin ləmi
5.     Harf (nitq hissəsinin) ləmi

Tərifi: bu sukunlu ləmdən əvvəl əlif, ondan sonra isə hər hansı bir isim gəlir. İsmin  müəyyənlikdə olduğunu bildirir.
Misallar:  الأَرْضُ - الدِينُ
Ləm ət-tərifə aid iki hökm var:
1.     İzhar qəməriy
2.     İdğam şəmsiy

Hərfləri: növbəti cümlədə cəm olunubأَبْغِ حَجَّكَ وَخَفْ عَقِيمَهُ
Keyfiyyəti: ləm ət-tərifdən sonra bu hərflərdən biri gələrsə, ləm hərfi izhar olunar, yəni aydın tələffüz olunar. Bu halda ləm hərfinə ləm əl-qəməriyyə deyilir. Qurani-Kərimdə əlaməti – ləm hərfinin üstündə sukun, ondan sonra gələn hərfin şəddəsiz olmasıdır. İzharın bu növünə الْقَمَرُ sözünü dedikdə, ləm hərfinin izhar olunduğu üçün, izhar qəməriy deyilir.
Misallar: الْفَوْزُ-الْعَلِيمُ-الْحَجُّ-الْجَبَّارُ-الْوَدُودُ-الْهُدَى
Hərfləri: yerdə qalan hərflər, növbəti ifadənin hər sözünün ilk hərfində cəm olunub.
طِبْ ثُمَّ صِلْ رَحِماً تَفُزْ ضِفْ ذَا نِعَمْ                 دَعْ سُوءَ ظَنٍّ زُرْ شَرِيفًا لِلْكَرَمْ
Keyfiyyəti: ləm ət-tərifdən sonra bu hərflərdən biri gələrsə, ləm hərfi idğam olunar, yəni tələffüz olunmaz, ondan sonra gələn hərf şəddəli oxunar. Bu halda ləm hərfinə ləm əş-şəmsiyyə deyilir. Qurani-Kərimdə əlaməti – ləm hərfinin üstündə heç bir əlamətin olmayıb, ondan sonra gələn hərfin şəddəli olmasıdır. İzharın bu növünə الشَّمْسُ sözünü dedikdə, ləm hərfinin idğam olunduğu üçün, izhar şəmsiy deyilir.
Misallar: الطَّارِقُ-الثَّقَلاَنِ-الرَّحْمَنُ-النُّورُ-الشَّاكِرِينَ-الضَّالِّينَ

Tərifi: Harf nitq hissəsinin sonunda olan sukunlu ləm. İki sözdə mövcuddur. َلْ) (هَلْ)
Hökmü:
Əgər sukunlu ləm hərfindən sonra ra yaxud ləm hərfləri  (ل-ر) gələrsə, sukunlu ləm idğam olunur. Yəni, sukunlu ləm tələffüz olunmur, ondan sonra gələn hərəkəli hərf şəddəli deyilir.
Səbəbi:                       
1. Ləm hərfi ilə -“təməsul” (yəni sukunlu ləm və ondan sonra gələn hərəkəli ləm rəsmdə, adda, məxrəcdə və sifətdə birdilər)
2. Ra hərfi ilə - “təqarub” (yəni sukunlu ləm və ra hərfinin məxrəclərinin yaxın olması)
Misallar:    بَل لَّمَّا يَذُوقُوا - بَل رَّفَعَهُ الله - هَل لَّكُمْ
Qeyd 1: Qurani-Kərimdə هَلْ  sözündən sonra ra hərfi təsadüf etmir.
Qeyd 2: Bu idğam növü Qurani-Kərimdə bir yerdə, Əl-Mutaffifin surəsində tətbiq olunmur. Səbəbi – səktənin, yəni fasilənin vacib olmasıdır. بَلْ رَانَ
Qalan hallarda sukunlu ləm izhar olunur.
Misallar:   بَلْ هُمْ هَلْ تَرَبَّصُونَ بِنَا

Felin ləmi

Sakin ləm felin ortasında və ya axırında gələ bilər. Əvvəlində gəlmir, çünki ərəb dilində söz sakin hərflə başlaya bilməz.



Axırda gələn ləm
Ortada gələn ləm       

{اِلْتَقَى}
{وأَنْزَلْنَا الحَدِيد}     




{وأَلْقِ ما فِى يَمِينِك}
{وتَوَكَّلْ}

Davamı yazılacaq inşəAllah..


_________________

Hazırladı: Umm Yahya

среда, 14 марта 2012 г.

Sukunlu mim əhkamları


Sukunlu mimin əhkamları


Sukunlu mimin tərifi:
Hərəkəsi olmayan mim, yaxud üstündə sukun olan min hərfinə “sukunlu mim” deyilir. Sukunlu mim vaqf (dayananda) və vasl (keçəndə), sözün ortasında yaxud sonunda sabitdir. Sukunlu mim isim, fel və başqa nitq hissələrində ola bilər. Əgər mim hərfinin sukunu yanız vaqf (dayananda) sabit olursa, həmin mim hərfinə aşağıdaki əhkamlar aid olmur. Məsələn: (سَمِيعٌ عَلِيمٌ)

Sukunlu mimə aid 3 əhkam var:
1.     İxfə
2.     İdğam
3.     İzhar


İxfə sözünün lüğəti mənası – gizlətmək.
İstilahi mənası – sukunlu hərfi izhar və idğam arasında şəddəsiz, ğunnəli tələffüz etməkdir. Bu hökmün adı ixfə (gizlətmək) olmaqla yanaşı biz mim hərfini həqiqətdə gizlətmirik. Sadəcə təcvid elminin istilahında izhar və idğam olmayan hala ixfə deyirlər. Mim və bə hərflərinin “şəfətəyn” (dodaqlar) məxrəcindən çıxdığına görə deyilir bu ixfə növünə ixfə şəfəviy deyilir.
Hərfləri : bir hərfdir -  (ب)
Keyfiyyəti - sukunlu mimdən sonra bə hərfi gələrsə, mim hərfini ğunnəli, sonra isə bə hərfini açıq-aydın öz məxrəcindən tələffüz edirik.
Müddəti: ğunnənin müddəti iki hərəkə miqdarındadır.
Şərti:  ixfə şəfəviy yalnız iki söz arasında baş verə bilər.
Səbəbi: “təcənus” – yəni mim və bə hərflərinin məxrəci eynidir, sifətləri də oxşayır.

Misallar - (أمْ بِظاهِرٍ) (فَاحْكُمْ بَيْنَهُمْ) (يَوْمَ هُمْ بَارِزُونَ)

İqləb və ixfə əş-şəfəviy arasında fərq: nitq və səsləniş baxımından eyni olduqları halda, bu əhkamların arasında olan əsas fərq iqləbdəki mimim əsl mim yox, nun hərfinin mimə çevrilməsidir. Halbuki, ixfə əş-şəfəviydə mim əsl mim hərfidir.
İxfə əl-həqiqiy və ixfə əş-şəfəviy arasındaki fərq: həqiqi ixfədə nun hərfini doğurdanda məxrəcindən gizlədirik. Qalan sadəcə onun sifəti, ğunnəsi olur. İxfə əş-şəfəviydə isə mim hərfini məxrəcindən gizlətmirik,  Mim və bə hərflərinin məxrəcləri birdir, mim hərfini gizlətmək çətin olar, nitqimizə ağırlıq edər.



İdğam sözünün lüğəti mənası – bir şeyi o birisinə daxil etmək.
İstilahi mənası – sukunlu hərfi hərəkəli hərfə daxil etməklə bir hərfin yaranması, o hərfin şəddəli tələffüz olunmasıdır.
Hərfləri : bir hərfdir -  (م)
Keyfiyyəti - sukunlu mimdən sonra hərəkəli mim hərfi gələrsə, şəddəli, ğunnəli mim tələffüz olunur.
Müddəti: ğunnənin müddəti iki hərəkə miqdarındadır.
Səbəbi: “təməsul” (yəni sukunlu mim və ondan sonra gələn hərəkəli mim rəsmdə, adda, məxrəcdə və sifətdə birdilər)
Niyə bu idğamın növü əs-sağır mutəməsileyn adlanır? - Sağır (balaca) adı təcvid elmində sukunlu hərfi hərəkəli hərfə idğam edəndə verilir. Bu növ idğamın dilə rahat olduğundan ona balaca deyilir. Mutəməsileyn adı, dediyimiz kimi, idğamının səbəbinin “təməsul” olduğu üçün verilir.

Misallar: َمْ مِنْ فِئَةٍ) (خَلَقَ لَكُمْ مَا فِى الأَرْضِ) (أَمْ مَنْ أَسَّسَ) (آلم)

Üçüncü – izhar əş-şəfəviy


İzhar sözünün lüğəti mənası – aydınlıq, əşkarlıq
İstilahi mənası – izhar olunan hərfi (yəni sukunlu mimi) açıq aydın öz məxrəcindən əlavə ğunnə artırmadan tələffüz etməkdir.
Hərfləri :  (م) (ب) hərflərindən başqa hərflər.
Keyfiyyəti - sukunlu mimdən sonra izhar hərflərinin biri gələrsə, mim hərfi izhar olunar, yəni açıq-aydın əlavə ğunnə və uzatma olmadan tələffüz olunar. İzharın bu növə mim hərfinin “şəfəteyn” (dodaqlar) məxrəcindən tələffüz olunduğu üçün əş-şəfəviy adlanır. İzhar həm bir kəlmədə, həm də iki söz arasında baş verə bilər.
Vacib qeyd: Sukunlu mimdən sonra vav yaxud fə hərfləri gələrsə, mimin izharına xüsusi diqqət yetirməliyik. Mim hərfində fasilə vermək, yaxud əksinə ğunnəsini uzatmaq, geniş yayılmış xatalardandır.
Səbəbi: mimin məxrəcinin əksər izhar hərflərinin məxrəcindən uzaq olması. Burada bir sual yaranır:
Mim hərfinin məxrəci  fə və vav hərflərinə yaxın olduğu halda, niyə mimi onlara idğam etmirik? – Cavab, Peyğəmbərimizin (Allahın salavatı və salamı onun üzərinə olsun) bu hərfləri idğam etməməsidir. Bundan başqa, alimlər bir sıra səbəb gətirirlər, məsələn sukunlu mimi nunla qarışdırmamaq üçün, yaxud güvvətli hərflərin zəif hərflərə idğam olunmaması və s.

Misallar: َنْعَمْتَ- أَمْ يَقُولُونَ-يَمْهَدُونَ-أَمْ لَهُمْ- فَوْقَكُمْ سَبْعَ- أَمْوَاتٌ- هُمْ عَنْ)

_________________

Hazırladı: Umm Yahya


Sukunlu nun və tənvin əhkamları

Sukunlu nun və tənvinin əhkamları


Sukunlu nunun tərifi:
Hərəkəsi olmayan nun, yaxud üstündə sukun olan nun hərfinə “sukunlu nun” deyilir. Sukunlu nun vaqf (dayananda) və vasl (keçəndə), lafz (tələffüzdə) və xat (yazıda) sabitdir. Sukunlu nun isim, fel və başqa nitq hissələrində, həmçinin sözün ortasında və axırında ola bilər.

Tənvinin tərifi:
Luğət mənası – nunlaşdırmaq, nun səsini tələffüz etmək.
İstilahi mənası – isimlərin sonuna lafz (tələffüzdə) və vasl (keçəndə) artırılan sukununlu nun. Yəni, bu əlavə bir nundur, odur ki – xat (yazıda) və vaqf  zamanı (sözün üstündə dayananda) bu nun düşür.


Sukunlu nun
Tənvin
1.Sözün tərkibindəndi
Sözün tərkibindən deyil, əlavədir
2. Dayananda və keçəndə, yazıda və tələffüzdə sabitdir
Keçəndə və tələffüzdə sabitdir, dayananda və yazıda düşür
3. İsim, fel və başqa nitq hissələrində olur
Yalnız isimlərə xasdır
4. Sözün ortasında və sonunda ola biər
Yalnız sözün sonunda olur

Sukunlu nun və tənvinə aid 4 əhkam var:
1.     İzhar
2.     İdğam
3.     İqləb
4.     İxfə


İzhar sözünün lüğəti mənası – aydınlıq, əşkarlıq
İstilahi mənası – izhar olunan hərfi (yəni sukunlu nun yaxud tənvini) açıq aydın öz məxrəcindən əlavə ğunnə artırmadan tələffüz etməkdir. Məxrəc – artikulasiya apparatında hərfin tələffüz olunduğu, çıxdığı yer. Ğunnə - burun boşluğundan çıxan, lətif və ahənqdar bir səsdir.
Hərfləri –Boğaz hərfləri, sayı altıdır -  (ء- ه- ع –ح – غ- خ)
Səbəbi – nun hərfinin məxrəcinin boğaz hərflərinin məxrəcindən uzaq olmasıdır.
Keyfiyyəti - sukunlu nun yaxud tənvindən sonra boğaz hərflərində biri gələrsə, nun hərfi izhar olunar, yəni açıq-aydın tələffüz olunar.
Qeyd – izhar həm bir kəlmədə, həm də iki söz arasında baş verə bilər.

Misallar - ( يَنْهَوْنَ- يَنْئَوْنَ – عَنْهُمْ – مِنْهُ – مَنْ ءَامَنَ- مَنْ هَاجَرَ – مِنْ خَيْرٍ – مِنْ غِلٍّ – مِنْ حَكِيمٍ)


İdğam sözünün lüğəti mənası – bir şeyi o birisinə daxil etmək.
İstilahi mənası – sukunlu hərfi hərəkəli hərfə daxil etməklə bir hərfin yaranması, o hərfin şəddəli tələffüz olunmasıdır.
Hərfləri – Altı hərfdir (ى – ر – م – ل – و – ن), alimlər bunları  (يَرْمُلُونَ) sözündə (mənası – tələsirlər) cəm ediblər.
Şərti – sukunlu nun yaxud tənvindən sonra idğam hərflərinin ayrı kəlmələrdə gəlməsidir (Mis: مَنْ يَعْمَلُ). Əgər sukunlu nundan sonra idğam hərfləri bir sözün tərkibində gələrsə, idğam baş verməz, çünki bu halda sözünü mənası dəyişmiş olar. Bu hala təcvid elmində izhar mutlaq (şərtsiz izhar) deyilir. 

Qurani-Kərimdə bu hala 4 sözdə rast gəlmək olar - (اَلدُّنْيَا – صِنْوَانٍ – قِنْوَانٍ- بُنْيَانٍ )

Həmçinin Qurani-Kərimdə iki yerdə idğamın şərti yerinə yetirilməsinə baxmayaraq, nun idğam olunmur.
( يس. والقرآن الحكيم) ( ن.والقلم وما يسطرون)
Bu hala izharu rivayətin (rəvayətlə gələn izhar) deyilir, çünki Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) bu ayələri idğam etmədən oxuyub.

Beləliklə biz izharın üç növünü öyrəndik:
1.     İzhar həlgiy                    2.İzhar mutlaq                 3. İzharu rivayətin

İdğamın növləri: İdğam iki cür olur:
1.     Ğunnəli                         2. Ğunnəsiz

Hərfləri: 4 hərfdir (ى – ن – م – و), alimlər bunları (يَنْمُو) sözündə cəm ediblər (mənası – böyümək).
Keyfiyyəti: sukunlu nun yaxud tənvindən sonra yuxarıdaki 4 hərfdən biri gələrsə, sukunlu nun ona daxil olar, iki hərf bir hərfə çevrilər,  həmin hərf şəddəli və ğunnəli tələffüz olunar. Xatırladaq, ğunnə - burun boşluğundan çıxan, lətif və ahənqdar bir səsdir.

Məsələn

 (مَيَّعْمَلْ)                 (مَنْ يَعْمَلْ)
         (مِنْ مَالٍ)                      (مِمَّالٍ)
         (مِنْ وَاقٍ)                      (مِوَّاقٍ)
         (مِنْ نِعْمَةٍ)                      (مِنِّعْمَةٍ)

Müddəti: ğunnənin müddəti iki hərəkə miqdarındadır. Alimlər hərəkənin zaman miqdarı barəsində ixtilaf etmişlər. Daha düzgün olan odur ki, hərəkənin miqdarını şagird müəllimdən şifahi dərslərdə öyrənsin.

Misallar: - (مِنْ مَاءٍ-لِقَوْمٍ يَتَفَكَّرُونَ-قَوْمٌ مُسْرِفُونَ-لَنْ نَدْخُلَهَا-مِنْ وَاقٍ)

Səbəbi :            
1.     Nun hərfi ilə -     “təməsul” (yəni sukunlu nun və ondan sonra gələn hərəkəli nun rəsmdə, adında, məxrəcində və sifətdə birdilər)
2.     Mim hərfi ilə -  “təcənus” (yəni sukunlu nun və ondan sonra gələn hərəkəli mim əsl məxrəcdə fərqlənsələr belə, ğunnələrinin məxrəci və sifətləri birdir)
3.     Vav və yə hərfləri ilə - “nisbi təqarub” (yəni sukunlu nun və ondan sonra gələn vav yaxud yə hərflərinin məxrəci nisbətən bir birinə yaxındır, həmçinin sifətlərdə bir-birinə müvafiqdirlər)

Hərfləri: qalan iki hərf (ل-ر).
 Keyfiyyəti: sukunlu nun yaxud tənvindən sonra yuxarıdaki  hərfdən biri gələrsə, sukunlu nun ona tamamilə daxil olar, məxrəci də, sifəti (yəni ğunnəsi) də yox olar, hərəkəli hərf şəddəli və ğunnəsiz tələffüz olunar.

Məsələn

مِنْ لَدُنْهُ            مِلَّدُنْهُ
أَنْ لَنْ              أَلَّنْ
مِنْ رَبِّهِمْ           مِرَّبِّهِمْ

Qeyd: Quranda bir yerdə idğamın bu növünə riayət olunmur. Əl-Qiyəmə surəsində (وقيل من راق) çünki bu ayədə səktə (nəfəs almadan fasilə vermək) vacibdir.
Müddəti: ğunnə olmadığından bu cür idğamda şəddənin müddəti adi şəddə kimidir.

Misallar: - (فِي عِيشَةٍ رَاضِيَةٍ, مَالاً لُبَدًا, أَنْ رَءَاهُ)
Səbəbi : “Təqarub” – yəni nun hərfinin məxrəcinin ləm və ra hərflərin məxrəcinə yaxın olması.

İdğamın kamillik və naqislik baxımından iki növ olması:
Kamil idğam – sukunlu nun yaxud tənvin bütövlüklə özündən sonra gələn hərfə daxil olanda, yəni nun hərfindən heç nə qalmayanda baş verir. Qurani-Kərimdə əlaməti – hərəkəli hərfin üstündəki şəddədir.
Naqis idğam – sukunlu nun yaxud tənvin özündən sonra gələn hərəkəli hərfə tam daxil olmayanda, yəni nun hərfinin özü qalmasa belə, ğunnəsi qalanda baş verir. Qurani-Kərimdə əlaməti – hərəkəli hərfin üstündə şəddənin olmaması.

Alimlər, ləm və ra hərflərində kamil, vav və yə hərflərində isə naqis idğam baş verdiyini ittifaq etmişlər. Nun və mim hərfləri barəsində ixtilaf etmişlər.

Üçüncü – iqləb


İqləb sözünün lüğəti mənası – çevirmək.
İstilahi mənası – sukunlu nunu mim hərfinə çevirib onu ğunnəli tələffüz etmək.
Hərfləri – Bir hərfdir (ب )
Keyfiyyəti - sukunlu nun yaxud tənvindən sonra bə hərfi gələrsə, nun hərfini ğunnəli mim kimi tələffüz etməliyik.
Müddəti: ğunnənin müddəti iki hərəkə miqdarındadır.
Qeyd – iqləb həm bir kəlmədə, həm də iki söz arasında baş verə bilər.
 Səbəbi – Alimlər sukunlu nun və bə hərflərinin ardıcıl gəldiyini araşdırıblar. Bu halda nun hərfini izhar etmək dilə çətin və ağır gəlir. İki hərfin məxrəcləri və sifətləri fərqləndiyindən idğam və ixfə etmək həmçinin münasib deyil. Odur ki, alimlər nun hərfi ilə ğunnədə müttəfiq, bə hərfi ilə isə məxrəcdə müttəfiq olan hərfi, yəni mim hərfini seçdilər.

Misallar: (أَنْبِئُونِى-مَنْ بَخِلَ)

Dördüncü – ixfə əl-həqiqiy


İxfə sözünün lüğəti mənası – gizlətmək.
İstilahi mənası – sukunlu hərfi gizlətmək, yəni izhar və idğam arasında şəddəsiz, ğunnəli tələffüz etməkdir.
Hərfləri – Qalan 15 hərfdir. Aşağıdaki şerin hər sözünün ilk hərfi bu 15 hərfə aiddir.

صِفْ ذَا ثَنَا كَمْ جَادَ شَخْصٌ قَدْ سَمَا             دُمْ طَيِّباً زِدْ فِى تُقَى ضَعْ ظَالِماً
(ص-ذ-ث-ك-ج-ش-ق-س-د-ط-ز-ف-ت-ض-ظ)
Keyfiyyəti - sukunlu nun yaxud tənvindən sonra ixfə hərflərindən biri gələrsə, nun hərfinin əsl məxrəcini gizlədirik, sifətini yəni ğunnəsini ondan sonra gələn hərfin məxrəcindən çıxardırıq. İxfə baş verdiyi zaman aşağıdakılara riayət etmək lazımdır:
-        - Ixfə zamanı nunu şəddələməmək
-        - Ğunnə özündən sonra gələn hərfə incəlik yaxud qalınlıq baxımında tabe olmalıdır
-        - (ت-د-ط) Hərflərində ixfə zamanı dili tamamilə aşağı yönəltmək lazımdır ki, nun hərfinin əsl məxrəci izhar olunmasın.
Müddəti: ğunnənin müddəti iki hərəkə miqdarındadır.
Qeyd – ixfə həm bir kəlmədə, həm də iki söz arasında baş verə bilər. Alimlər bu ixfə növünü nun hərfinin məxrəcinin həqiqətən gizlənib görünmədiyinə görə, həqiqi adlandırıblar.
Səbəbi: Bu 15 hərfin məxrəci nun hərfinin məxrəcindən izhar etmək üçün kifayət qədər uzaq, idğam etmək üçün isə kifayət qədər yaxın deyil.

Misallar: (أَنْتُمْ, قَوْلاً ثَقِيلاً, أَنْزَلَ, مَنْ دَسَّاهَا, خَلْقٍ جَدِيدٍ, مِنْ طِينٍ, كِتاَبٌ كَرِيمٌ, فَنْطَلَقَ,يَنْقَلِبُ, مَنْضُودْ, خَالِداً فِيهَا)

İxfənin dərəcələri:
1.     Ən yüksək dərəcəsi, (ت-د-ط)  hərflərində - məxrəclərinin yaxın olduğundan.
2.     Ən aşağı dərəcəsi, (ق-ك)  hərflərində - məxrəclərin uzaq olduğundan.
3.     Orta dərəcə, qalan hərflərdə.

İdğam və ixfə arasında müqayisə

İdğam
İxfə
1.     Şəddəli oxunur
Şəddəsiz oxunur
2.     Hərəkəli, şəddəli hərf ğunnəli oxunur (ğunnəli idğamda)
Ğunnəni çıxardıqdan sonra, hərəkəli hərf açıq-aydın öz məxrəcindən tələffüz olunur.
3.     Yalnız iki kəlmə arasında baş verir
Bir kəlmə daxilində yaxud iki kəlmə arasında baş verə bilər


_________________

Hazırladı: Umm Yahya