Sukunlu
mimin əhkamları
Sukunlu
mimin tərifi:
Hərəkəsi
olmayan mim, yaxud üstündə sukun olan min hərfinə “sukunlu mim” deyilir. Sukunlu
mim vaqf (dayananda) və vasl (keçəndə), sözün ortasında yaxud sonunda sabitdir.
Sukunlu mim isim, fel və başqa nitq hissələrində ola bilər. Əgər mim hərfinin
sukunu yanız vaqf (dayananda) sabit olursa, həmin mim hərfinə aşağıdaki əhkamlar
aid olmur. Məsələn: (سَمِيعٌ عَلِيمٌ)
Sukunlu
mimə aid 3 əhkam var:
1. İxfə
2. İdğam
3. İzhar
İxfə
sözünün lüğəti mənası – gizlətmək.
İstilahi mənası –
sukunlu hərfi izhar və idğam arasında şəddəsiz, ğunnəli tələffüz etməkdir. Bu
hökmün adı ixfə (gizlətmək) olmaqla yanaşı biz mim hərfini həqiqətdə gizlətmirik.
Sadəcə təcvid elminin istilahında izhar və idğam olmayan hala ixfə deyirlər.
Mim və bə hərflərinin “şəfətəyn” (dodaqlar) məxrəcindən çıxdığına görə deyilir
bu ixfə növünə ixfə şəfəviy deyilir.
Hərfləri : bir hərfdir - (ب)
Keyfiyyəti - sukunlu mimdən sonra bə hərfi
gələrsə, mim hərfini ğunnəli, sonra isə bə hərfini açıq-aydın öz məxrəcindən tələffüz
edirik.
Müddəti: ğunnənin müddəti iki hərəkə
miqdarındadır.
Şərti:
ixfə şəfəviy yalnız iki söz arasında baş verə
bilər.
Səbəbi: “təcənus” – yəni mim və bə hərflərinin
məxrəci eynidir, sifətləri də oxşayır.
Misallar - (أمْ بِظاهِرٍ) (فَاحْكُمْ بَيْنَهُمْ) (يَوْمَ هُمْ بَارِزُونَ)
İqləb
və ixfə əş-şəfəviy arasında fərq: nitq və səsləniş baxımından eyni olduqları
halda, bu əhkamların arasında olan əsas fərq iqləbdəki mimim əsl mim yox, nun hərfinin
mimə çevrilməsidir. Halbuki, ixfə əş-şəfəviydə mim əsl mim hərfidir.
İxfə
əl-həqiqiy və ixfə əş-şəfəviy arasındaki fərq: həqiqi ixfədə nun hərfini
doğurdanda məxrəcindən gizlədirik. Qalan sadəcə onun sifəti, ğunnəsi olur. İxfə
əş-şəfəviydə isə mim hərfini məxrəcindən gizlətmirik, Mim və bə hərflərinin məxrəcləri birdir, mim
hərfini gizlətmək çətin olar, nitqimizə ağırlıq edər.
İdğam
sözünün lüğəti mənası – bir şeyi o birisinə daxil
etmək.
İstilahi mənası –
sukunlu hərfi hərəkəli hərfə daxil etməklə bir hərfin yaranması, o hərfin şəddəli
tələffüz olunmasıdır.
Hərfləri : bir hərfdir - (م)
Keyfiyyəti - sukunlu mimdən sonra hərəkəli
mim hərfi gələrsə, şəddəli, ğunnəli mim tələffüz olunur.
Müddəti: ğunnənin müddəti iki hərəkə
miqdarındadır.
Səbəbi: “təməsul” (yəni
sukunlu mim və ondan sonra gələn hərəkəli mim rəsmdə, adda, məxrəcdə və sifətdə
birdilər)
Niyə
bu idğamın növü əs-sağır mutəməsileyn adlanır? - Sağır (balaca) adı təcvid
elmində sukunlu hərfi hərəkəli hərfə idğam edəndə verilir. Bu növ idğamın dilə
rahat olduğundan ona balaca deyilir. Mutəməsileyn adı, dediyimiz kimi,
idğamının səbəbinin “təməsul” olduğu üçün verilir.
Misallar: (كَمْ مِنْ فِئَةٍ) (خَلَقَ لَكُمْ مَا فِى الأَرْضِ) (أَمْ
مَنْ أَسَّسَ) (آلم)
Üçüncü – izhar əş-şəfəviy
İzhar
sözünün lüğəti mənası – aydınlıq, əşkarlıq
İstilahi mənası – izhar
olunan hərfi (yəni sukunlu mimi) açıq aydın öz məxrəcindən əlavə ğunnə
artırmadan tələffüz etməkdir.
Hərfləri : (م)və (ب) hərflərindən başqa hərflər.
Keyfiyyəti - sukunlu mimdən sonra izhar
hərflərinin biri gələrsə, mim hərfi izhar olunar, yəni açıq-aydın əlavə ğunnə və
uzatma olmadan tələffüz olunar. İzharın bu növə mim hərfinin “şəfəteyn”
(dodaqlar) məxrəcindən tələffüz olunduğu üçün əş-şəfəviy adlanır. İzhar həm bir
kəlmədə, həm də iki söz arasında baş verə bilər.
Vacib
qeyd: Sukunlu
mimdən sonra vav yaxud fə hərfləri gələrsə, mimin izharına xüsusi diqqət yetirməliyik.
Mim hərfində fasilə vermək, yaxud əksinə ğunnəsini uzatmaq, geniş yayılmış
xatalardandır.
Səbəbi: mimin məxrəcinin əksər
izhar hərflərinin məxrəcindən uzaq olması. Burada bir sual yaranır:
Mim
hərfinin məxrəci fə və vav hərflərinə
yaxın olduğu halda, niyə mimi onlara idğam etmirik? – Cavab, Peyğəmbərimizin
(Allahın salavatı və salamı onun üzərinə olsun) bu hərfləri idğam etməməsidir.
Bundan başqa, alimlər bir sıra səbəb gətirirlər, məsələn sukunlu mimi nunla
qarışdırmamaq üçün, yaxud güvvətli hərflərin zəif hərflərə idğam olunmaması və
s.
Misallar: (أَنْعَمْتَ-
أَمْ يَقُولُونَ-يَمْهَدُونَ-أَمْ لَهُمْ- فَوْقَكُمْ سَبْعَ- أَمْوَاتٌ- هُمْ عَنْ)
_________________
Комментариев нет:
Отправить комментарий